İran Böyük Britaniyadan 40 illik borcunu tələb edir


Dünya 09 Okt 2019 18:14:00 311 0

İran Böyük Britaniyadan 40 illik borcunu tələb edir

Məhkəmə qərarının olmasına baxmayaraq, Böyük Britaniya İrana borcunu ödəmək istəmir. Bu, beynəlxalq qanunlara ziddir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninecad deyib.

O, rəsmi Londonu tənqid edərək qeyd edib ki, Böyük Britaniya Ali Məhkəməsi İranın müraciəti əsasında işə baxıb və borcun ödəniləsi barədə qərar qəbul edib. Lakin Böyük Britaniya hökuməti müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırır.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, 40 il əvvəl - hələ şah rejimi dövründə İran "Çiften" tanklarının alınmasına dair Böyük Britaniya ilə saziş imzalayıb. Lakin 1979-cu ildə İranda baş verən inqilabdan sonra şah rejimi devrildi və hakimiyyət dəyişikliyi baş verdi. Rəsmi London müqavilədə nəzərdə tulduğu kimi, bir neçə milyon dollar məbləğində beh alsa da, İrana qarşı sanksiyaları bəhanə gətirərək üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina edir.