Ən aşağı kredit faizi Rabitəbankda!


Digərləri 09 Okt 2019 18:15:00 320 0

Ən aşağı kredit faizi Rabitəbankda!

Rabitəbank müştəriləri üçün daha bir unikal məhsulunu təqdim edir!

Bakı. Rabitəbank ən aşağı kredit faizi ilə “Kreditin kartı” müddətsiz kampaniyasına start verib. Bankdan Trend-ə verilən məlumata görə, artıq, müştərilər 14.9% ilə, 3000 manatadək, 36 ay olmaqla kredit əldə edə biləcək. Kampaniyanın daha bir özəlliyi ondan ibarətdir ki, kredit nağdsız şəkildə xüsusi kart ilə təqdim olunur və nağdsız əməliyyatların həyata keçirilməsinə şamil edilir. “Kreditin kartı” məhsulunu əldə etmək istəyənlər Telegram (http://t.me/rabitabankbot) və yaxud Facebook messencer (http://m.me/rabitabank) üzərindən RabitabankBot, www.133.az və www.rabitabank.com vasitəsi ilə onlayn müraciət edə bilər. Qeyd edək ki, kampaniyanın daha bir məqsədi, Ölkə başçısının imzaladığı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində, əhali arasında nağdsız əməliyyatların təbliği və təşviqinin aparılmasıdır.