Yuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır


Siyasət 09 Okt 2019 18:07:00 89 0

Yuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşadakı Yuxarı Gövhər ağa məscidinin ermənilər tərəfindən "təmir-bərpası" ilə bağlı bəyanat yayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bəyanatda deyilir:

"İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan Şuşada Yuxarı Gövhər ağa məscidinin "təmir-bərpa"sından sonra təxribat xarakterli "açılışına" hazırlaşır. Bu işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin daha bir bariz nümunəsidir.

Məlum olduğu kimi, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan Yuxarı Gövhər ağa məscidi Gövhərnisənin maddi dəstəyi ilə qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib.

Məscidin "təmir"dən sonra "açılış"ı Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq üçün planlaşdırdığı növbəti ucuz bir şoudur. Ermənistan bununla dünyada özünü tarixi abidələrə "qayğı" ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Ermənistan həqiqətən tarixi abidələrə bu qədər hörmətlə yanaşırsa, onların bərpasında maraqlıdırsa, onda nəyə görə xalqımıza məxsus yüzlərlə mədəni, tarixi dini abidələri məhv edir? Şuşada vaxtı ilə mövcud olmuş digər məscidlərin, kilsələrin və digər abidələrin izləri nəyə görə erməni vandalları tərəfindən yer üzündən silinməkdədir? Şuşanın əzəli yerli sakinləri olan azərbaycanlılar oradan qovulduqları halda Yuxarı Gövhər ağa məscidindən kimlər istifadə edəcək?

Bizi ağrıdan həm də odur ki, erməni qəsbkarları xalqımızın bu memarlıq incisinin arxitekturasını dəyişərək, məscidi "fars məscidi" kimi qələmə verməyə çalışırlar. Bu bir daha Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin oğurlanması, izinin itirilməsi və silinməsi ilə məşğul olduğunu göstərir. Yuxarı Gövhər ağa məscidini "fars məscidi" elan etməklə Ermənistan tarixi saxtalaşdırır, onu yenidən yazmağa çalışır. Bu həm də bir daha Ermənistanın saxta tolerant ölkə olduğunu göstərir".

Son.az 

Sabiq gömrük generalına VƏZİFƏ VERİLDİ like
  • 09 Okt 18:04  
Digərləri Sabiq gömrük generalına VƏZİFƏ VERİLDİ

Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin sabiq rəisi yen

arrow Ətraflı
Kredit portfellərinin restrukturizasiya həcmi nə qədərdir? like
  • 09 Okt 17:57  
Digərləri Kredit portfellərinin restrukturizasiya həcmi nə qədərdir?

"Azərbaycan Mikromaliyyə Assosiasiyasının qarşısında duran tapşır

arrow Ətraflı
Edisdən 3,5 milyon tələb olunur like
  • 09 Okt 17:54  
Digərləri Edisdən 3,5 milyon tələb olunur

Türkiyəli ifaçı Edis çalışdığı menecerlik şirkəti ilə yollarını a

arrow Ətraflı
Doğma ata 19 yaşlı qızına GÖRÜN NƏ ETDİ like
  • 09 Okt 17:52  
Dünya Doğma ata 19 yaşlı qızına GÖRÜN NƏ ETDİ

İstanbulda bir atanın, Tuba adlı 19 yaşlı doğma qızına işgəncə verdiy

arrow Ətraflı
Hava proqnozu üçün Azərbaycanda yeni sistemlər quraşdırılır like
  • 09 Okt 17:51  
Digərləri Hava proqnozu üçün Azərbaycanda yeni sistemlər quraşdırılır

Azərbaycanda ən yeni hava müşahidə sistemlərinin quraşdırılması işlə

arrow Ətraflı
DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO) like
  • 09 Okt 17:51  
Digərləri DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentli

arrow Ətraflı
“Oqtay Eloğlu” Gənc Tamaşaçılar Teatrında like
  • 09 Okt 17:50  
Kriminal “Oqtay Eloğlu” Gənc Tamaşaçılar Teatrında

Oktyabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında C.Cabba

arrow Ətraflı
Arvadını öldürüb itə yedizdirən qapıçı futbola qayıtdı like
  • 09 Okt 17:50  
İdman Arvadını öldürüb itə yedizdirən qapıçı futbola qayıtdı

Braziliyalı qapıçı Bruno Fernandes futbola qayıtmağa hazırlaşır.

arrow Ətraflı
22 il əvvəl bacısına təcavüz etdi, illər sonra isə qızına... like
  • 09 Okt 17:49  
Kriminal 22 il əvvəl bacısına təcavüz etdi, illər sonra isə qızına...

Abşeron rayonunda namus üstündə bacanağını öldürməkdə təqsirli bilin

arrow Ətraflı
Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başladı like
  • 09 Okt 17:47  
Dünya Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başladı

Türkiyə Hərbi Qüvvələri Suriyada yeni hərbi əməliyyatlara başlayıb.

arrow Ətraflı
İstanbulda terror aktlarının qarşısı alınıb like
  • 09 Okt 17:44  
Dünya İstanbulda terror aktlarının qarşısı alınıb

İstanbulda keçirilmiş antiterror əməliyyatları nəticəsində bir sıra te

arrow Ətraflı
Azərbaycan Mikromaliyyə Assosiasiyası kredit portfellərinin restrukturizasiya həcmini açıqlayıb like
  • 09 Okt 17:42  
Digərləri Azərbaycan Mikromaliyyə Assosiasiyası kredit portfellərinin restrukturizasiya həcmini açıqlayıb

Azərbaycan Mikromaliyyə Assosiasiyasının qarşısında duran tapşırıqlard

arrow Ətraflı