Kredit portfellərinin restrukturizasiya həcmi nə qədərdir?


Digərləri 09 Okt 2019 17:57:00 265 0

Kredit portfellərinin restrukturizasiya həcmi nə qədərdir?

"Azərbaycan Mikromaliyyə Assosiasiyasının qarşısında duran tapşırıqlardan biri kredit portfellərinin restrukturizasiyasıdır və bu istiqamətdə müvafiq iş aparılır".

Son.az xəbər verir ki, bunu Trend-ə assosiasiya sədri Cəlal Əliyev deyib.

Onun sözlərinə görə, hazırda assosiasiya 3,1 milyon manat həcmində kredit portfelinin restrukturizasiyasını nəzərdə tutur:

"Biz artıq 1,4 milyon manata yaxın məbləği restrukturizasiya etmişik, bu isə təkrar maliyyələşdirməli olduğumuz bütün kreditlərin təxminən 45 faizidir".