Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başladı


Dünya 09 Okt 2019 17:47:00 272 0

Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başladı

Türkiyə Hərbi Qüvvələri Suriyada yeni hərbi əməliyyatlara başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü bəyan edib.

Qeyd edək ki, bu, Türkiyənin Suriyada başladığı sayca üçüncü hərbi əməliyyatdır.

Türkiyəli lider bu dəfə antiterror əməliyyatlarının "Barış pınarı" adı altında başlandığını qeyd edib. R.T.Ərdoğan Türkiyənin Suriyanın şimalında sonuncu terrorçu məhv edilənə qədər hərbi əməliyyatları davam etdirəcəyini qeyd edib.