22 il əvvəl bacısına təcavüz etdi, illər sonra isə qızına...


Kriminal 09 Okt 2019 17:49:00 314 0

22 il əvvəl bacısına təcavüz etdi, illər sonra isə qızına...

Abşeron rayonunda namus üstündə bacanağını öldürməkdə təqsirli bilinən Teymur Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Teymur Babayev 2018-ci il iyulun 26-da, gecə saatlarında yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinə gəlib. O, övladı Səbinənin həyətdə bikef oturduğunu görüb.

Qızı xalasının ərindən və bibisi oğlundan şikayət etdi

Teymur Babayev qızından bikef olmasının səbəbini soruşub. Səbinə sərxoşluq vəziyyətində olan xalasının əri Mədət Əliyev və bibisi oğlu Xəyyam Məmmədovun bir neçə dəqiqə öncə burada olarkən ona pul qarşılığında cinsi əlaqədə olmağı təklif etdiklərini bildirib.

Bundan sonra Teymur Babayev Mədət Əliyevin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib və onun hərəkətinin mahiyyətini aydınlaşdırmağa çalışıb. Həmin vaxt Mədət Əliyev ona təhqiredici ifadələr işlədib. Buna görə də o, telefonu söndürüb.

Daha sonra Mədət Əliyev ona zəng edib, mübahisələrinə aydınlıq gətirmək üçün Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev küçəsindəki "quyu" adlanan əraziyə gəlməyi tələb edib.

"Quyu" başında dava

Teymur Babayev Mədət Əliyev tərəfindən ünvanına nalayiq söyüşlər söyməsi və övladı Səbinəyə əxlaqsız təklif etməsinə görə qisas alıb, onu cəzalandırmaq məqsədilə yaşadığı evin mətbəxindən götürdüyü bıçağı əynindəki şalvarın arxa cibinə qoyub.

Sonra o, "quyu" adlanan əraziyə gəlib. Ərazidə onu gözləyən Mədət Əliyevə əl ataraq yaxasından yapışıb, aralarındakı qarşılıqlı dalaşma zamanı cibindən yerə düşən həmin bıçağı götürərək onun bel nahiyəsinə xəsarət yetirib.

Qətl

Mədət Əliyev həmin vaxt xəstəxanaya yerləşdirilib. Ona ixtisasli tibbi yardım göstərilməsinə baxmayaraq iyulun 28-də vəfat edib.

İstintaq orqanı tərəfindən Teymur Babayevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişim ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

"Pul müqabilində cinsi əlaqədə olmağı təklif etdiklərini söylədi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Babayev bildirib ki, usta işləmiş mərhum Mədət Məmmədovun yanında fəhləlik edib. Onun sözlərinə görə, iyulun 26-da, saat 20 radələrindən Mədət, bacısı oğlu Xəyyam və iş yoldaşı İlqar Səmədov ilə Saray qəsəbəsində yerləşən "Yetər" şadlıq sarayının arxasındakı pivəxanada pivə içiblər: "Bir-iki saat keçdikdən sonra Xəyyam və Mədət kafeni tərk etdilər. İlqarla mən isə pivə içməyə davam etdik. İlqarla bərabər evə qayıdarkən övladım Səbinənin çöldə kefsiz oturduğunu, qarşısında qonşuluqda yaşayan Sadifin dayandığını gördüm. Ondan nə baş verdiyini soruşdum. Qızım Xəyyamla Mədətin ona pul müqabilində cinsi əlaqədə olmağı təklif etdiklərini söylədi".