Azərbaycan Mikromaliyyə Assosiasiyası kredit portfellərinin restrukturizasiya həcmini açıqlayıb


Digərləri 09 Okt 2019 17:42:00 204 0

Azərbaycan Mikromaliyyə Assosiasiyası kredit portfellərinin restrukturizasiya həcmini açıqlayıb

Azərbaycan Mikromaliyyə Assosiasiyasının qarşısında duran tapşırıqlardan biri kredit portfellərinin restrukturizasiyasıdır.

Bakı. Anastasiya Savçenko - Azərbaycan Mikromaliyyə Assosiasiyasının qarşısında duran tapşırıqlardan biri kredit portfellərinin restrukturizasiyasıdır və bu istiqamətdə müvafiq iş aparılır. Bunu Trend-ə assosiasiya sədri Cəlal Əliyev deyib. Onun sözlərinə görə, hazırda assosiasiya 3,1 milyon manat həcmində kredit portfelinin restrukturizasiyasını nəzərdə tutur: “Biz artıq 1,4 milyon manata yaxın məbləği restrukturizasiya etmişik, bu isə təkrar maliyyələşdirməli olduğumuz bütün kreditlərin təxminən 45 faizidir”.