Dörd il fasiləsiz "Dünyanın ən yaxşı böyük şəhəri" seçilib


Digərləri 09 Okt 2019 17:39:00 258 0

Dörd il fasiləsiz "Dünyanın ən yaxşı böyük şəhəri" seçilib

ABŞ-ın "Condé Nast Traveller" nəşrinin oxucuları Tokionu 2019-cu il üzrə "Oxucu seçimi" nominasiyasında dünyanın birinci ən yaxşı böyük şəhəri seçiblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya paytaxtı "Condé Nast Traveller" nəşri tərəfindən dörd il fasiləsiz olaraq "Oxucu seçimi: Dünyanın ən yaxşı 10 böyük şəhəri" adına layiq görülüb.

ABŞ-ın səyahəti sevən oxucuları arasında populyarlığı ilə seçilən bu jurnalı Tokionu ABŞ-dan kənar şəhərlər siyahısında birinci elan edib.

Oxucular dünyanın ən yaxşı şəhərini bir sıra təşəbbüslərə, o cümlədən dövlət və özəl sektorun birlikdə hazırladığı turizmin inkişafına və səyyahlara gücləndirilmiş dəstək proqramlarına görə layiq biliblər.

Qeyd edilir ki, beynəlxalq turizm sahəsində aparıcı mövqeyə malik olan Tokio həqiqətən də ənənələrin və innovasiyaların daha çox əks olunduğu yerlərə ziyarətçilərin cəlb edilməsi üzərində əzmlə çalışır.

Beləliklə jurnalın dərc etdiyi siyahıda Tokio birinci, Kioto ikinci, Sinqapur üçüncü yeri tutur. Digər yerlər isə aşağıdakı ardıcıllıqla müəyyənləşib - Vyana (Avstriya), Osaka (Yaponiya), Kopenhagen (Danimarka), Amsterdam (Niderland), Barselona (İspaniya), Taybey (Tayvan) və Sidney (Avstraliya).

(adsgarden = window.adsgarden || []).push({});