80 yaşlı biznesmənə ərə gedən gənc aktrisa danışdı: “Bizdə..."


Digərləri 09 Okt 2019 17:21:00 295 1

80 yaşlı biznesmənə ərə gedən gənc aktrisa danışdı: “Bizdə..."

32 yaşlı türkiyəli aktrisa Meltem Miraloğlu 80 yaşlı amerikalı biznesmenə ərə gedib.

Son.az publika.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə "2-ci sayfa" proqramına açıqlama verib. O bildirib ki, aralarındakı yaş fərqi onlar üçün ciddi maneə deyil:

"Yaş fərqi heç bir problem yaratmır. Onun çox gözəl bir ürəyi var. Mən onun var-dövləti və Amerika vətəndaşlığı ilə maraqlanmıram. Bizdə ilk baxışdan sevgidir. Evlilik təklifi çox romantik idi, ona hər qadın "hə" deyərdi. Ancaq bu təklifin necə olması qoy bizə qalsın. Xoşbəxtəm, bu, mənim seçimimdir. Şəxsi həyatımla əlaqədar cəmiyyətdən hörmət gözləyirəm".

Qeyd edək ki, daha əvvəl Son.az-ın verdiyi xəbərə görə, məşhur aktrisanın ərə getdiyi 48 yaş böyük, 80 yaşlı amerikalı biznesmen öz atalığı imiş... 

(adsgarden = window.adsgarden || []).push({});