Antoniu Quterreş: "BMT ən ciddi maliyyə böhranını yaşayır"


Dünya 09 Okt 2019 17:12:00 315 0

Antoniu Quterreş: "BMT ən ciddi maliyyə böhranını yaşayır"

BMT-nin Baş katibi Antoniu Quterreş qurumun son on illərin ən ciddi maliyyə böhranı ilə üzləşdiyini və bu səbəbdən əməkdaşların artıq noyabr ayında maaş ala bilməyəcəyi riskinin olduğunu bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Antoniu Quterreş bu barədə BMT Baş Assambleyasının büdcə komitəsində çıxışı zamanı deyib.

"BMT ayın sonuna qədər özünün maliyyə ehtiyatlarını tükədə və əməkdaşlarına maaş vermək qabiliyyətini itirə bilər", - qurumun son on illər ərzində üzləşdiyi ən ciddi maliyyə böhranı barədə xəbərdarlıq edən Antoniu Quterreş bildirib.

Sentyabr ayının sonlarına olan məlumata əsasən, üzv dövlətlərin ödəmələri gecikdirməsi səbəbindən təşkilatın büdcəsində 230 milyon dollarlıq boşluq yaranıb.