Dembele Real-la "el Klasiko"nu buraxacaq


İdman 09 Okt 2019 17:19:00 325 0

Dembele Real-la "el Klasiko"nu buraxacaq

Barcelona-nın hücumçusu Usman Dembelenin cəzası müəyyənləşib.

Goal.az xəbər verir ki, fransalı futbolçu 2 oyunluq cəzalanıb.

Buna səbəb La Liqanın ötən turunda Sevilla ilə keçirilən qarşılaşmanın sonlarında baş hakimə qarşı kobud fikirlər səsləndirməsi olub. Yerli Nizam-İntizam Komitəsi birbaşa qırmızı vərəqə alan gənc oyunçunun 2 oyunluq diskvalifikasiya olumasını qərara alıb. Beləliklə, Dembele Real-la "El Klasiko"nu buraxacaq.

Qeyd edək ki, Barcelona - Real oyunu oktyabrın 26-da keçiriləcək.