Pərviz Şahbazov Rusiyanın Azərbaycanda AES tikmək təklifini şərh edib
Digərləri 09 Okt 2019 17:04:00 272 0
"Azərbaycanda atom elektrik stansiyasının (AES) tikilməsi barədə Rusiyanın təklifi nəzərdən keçirilir, amma bununla bağlı konkret bir şey demək hələlik mümkün deyil".
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 16-cı iclasında çıxış edərkən deyib.
Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra "Rosatom" şirkətinin baş direktoru Aleksey Lixaçov Rusiyanın Azərbaycana AES tikməyi təklif etdiyini demişdi. O əlavə etmişdi ki, Rusiya Azərbaycanda güclü stansiya tikməyi təklif edir.
Mənbə: milli.az