Dağlıq Qarabağa qanunsuz səfər edən almaniyalı jurnalistin adı "qara siyahı"dan çıxarılıb


Digərləri 09 Okt 2019 16:55:00 228 0

Dağlıq Qarabağa qanunsuz səfər edən almaniyalı jurnalistin adı "qara siyahı"dan çıxarılıb

Silvia Stöber Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının çıxarılmasını xahiş edib.

Bakı. Almaniya vətəndaşı Silvia Stöber Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, məktubunda Silvia Stöber Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir. Həmçinin müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu qeyd edib.