Pərviz Şahbazov Rusiyanın Azərbaycanda AES tikmək təklifini şərh edib


Digərləri 09 Okt 2019 16:49:00 264 0

Pərviz Şahbazov Rusiyanın Azərbaycanda AES tikmək təklifini şərh edib

Azərbaycanda atom elektrik stansiyasının tikilməsi barədə Rusiyanın təklifi nəzərdən keçirilir

Bakı. Mirseyid İbrahimzadə - Azərbaycanda atom elektrik stansiyasının (AES) tikilməsi barədə Rusiyanın təklifi nəzərdən keçirilir, amma bununla bağlı konkret bir şey demək hələlik mümkün deyil. Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 16-cı iclasında çıxış edərkən deyib. Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixaçov Rusiyanın Azərbaycana AES tikməyi təklif etdiyini demişdi. O əlavə etmişdi ki, Rusiya Azərbaycanda güclü stansiya tikməyi təklif edir.