Amerikalı ekspert “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üçün əhəmiyyəti barədə


Digərləri 09 Okt 2019 16:31:00 199 0

Amerikalı ekspert “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üçün əhəmiyyəti barədə

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündən böyük fayda əldə edəcək

Bakı. Ləman Zeynalova - Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündən böyük fayda əldə edəcək. Bunu Trend-ə Mərkəzi Asiya üzrə amerikalı ekspert Brüs Panyer deyib. O bildirib ki, əgər layihənin reallaşdırılması uğurla davam edərsə, Cənubi Qafqaz ölkələri, xüsusilə də Gürcüstan və Azərbaycan fayda əldə edəcək: “Bu ölkələrin Qara dəniz və Xəzər dənizində limanları var. Bu layihə çərçivəsində Avropa ilə Çin arasında ən yaxşı marşrut Cənubi Qafqazdan keçir. Ona görə də bu layihə tranzit tarifləri hesabına böyük gəlir gətirəcək, zəruri infrastrukturun inkişafına və Qafqazın Şərq və Qərb ölkələri ilə əlaqələri möhkəmləndirməsinə kömək edəcək”.