Azərbaycanla ABŞ arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib


Digərləri 09 Okt 2019 16:38:26 214 0

Azərbaycanla ABŞ arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib

Nadir Hüseynov ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Xidmətinin Direktor müavini Marlen Pineironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bakı. Xarici işlər nazirinin müavini Nadir Hüseynov ölkəmizdə işgüzar səfərdə olan ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Xidmətinin Direktor müavini Marlen Pineironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Earle Litzenberger və Azərbaycan Xarici İşlər Nazirliyinin Konsuluq İdarəsinin rəisi, səfir Faiq Bağırov iştirak edib. Görüş zamanı iki ölkə arasında mövcud siyasi, humanitar və digər sahələrdə münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparılıb, qanuni miqrasiya və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib. N.Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verib. Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin