Braziliyalı futbolçu karyerasını bitirirdi


İdman 09 Okt 2019 16:27:00 343 0

Braziliyalı futbolçu karyerasını bitirirdi

Braziliya milli komandasının və İtaliyanın Roma klubunun sabiq üzvü Mişel Bastos futbolçu karyerasını bitirib.

Goal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi “İnstagram” səhifəsində məlumat yayıb. Son olaraq Braziliyanın Americo komandasında çıxış edən Bastos sentyabrdan azad agent statusuna malikdir.

Qeyd edək ki, 36 yaşlı futbolçu karyerası ərzində Lille, Lyon, Roma, Shakhtar və Schalke kimi klublarda çıxış edib. Yarımmüdafiəçi iştirak etdiyi 418 oyunda 93 qol vurub və 40 məhsuldar ötürmə edib.