PAŞA Bank "3-сu Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” konfransında iştirak edib


Digərləri 09 Okt 2019 16:25:00 227 0

PAŞA Bank "3-сu Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” konfransında iştirak edib

Tədbirdə “Dövlət-Özəl Tərəfdaşlığı Konsorsiumu”nun yaradılmasına dair memorandum imzalanıb.

Bakı. Azərbaycanda rəqəmsal xidmətlərin inkişafında böyük payı olan ölkənin aparıcı korporativ bankı PAŞA Bank "3-сu Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” konfransında iştirak etdi. Trend-in məlumatına görə, keçirilən tədbir zamanı PAŞA Bank, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, "AzərTelekom İnt." MMC və "B.EST Solutions MMC" şirkətləri arasında “Dövlət-Özəl Tərəfdaşlığı Konsorsiumu”nun yaradılmasına dair memorandum imzalandı. Konsorsiumun fəaliyyəti Azərbaycanın regionda rəqəmsal ticarət qovşağı kimi mövqeyinin daha da gücləndirilməsi, rəqəmsal texnologiyaların sosial və iqtisadi sahələrdə, maliyyə sektorunda tətbiqinin daha da genişləndirilməsi, rezident və qeyri-rezident olan fiziki və hüquqi şəxslərin elektron xidmətlərdən daha da asanlıqla istifadə edə bilmələri üçün mövcud xidmətlərin elektronlaşması, yeni xidmətlərin təqdim edilməsi və digər yeniliklərin həyata keçirilməsinə yonəldiləcəkdir. Memorandum çərçivəsində PAŞA Bankın əsas məqsədi Azərbaycan istehsalı məhsullarını xaricə ixrac edən sahibkarlara göstərilən dövlət dəstəyinə töhfə verməyə hazır olduğunu vurğulamaq üçün bu platformada ticari fəaliyyətlə məşğul olan bizneslərə hərtərəfli dəstəyi təmin etməkdir.