"Sinəni aç" şüarına görə biabır olan aparıcı danışdı: "Mənimlə zarafat ediblər"


Digərləri 09 Okt 2019 16:13:00 323 0

"Sinəni aç" şüarına görə biabır olan aparıcı danışdı: "Mənimlə zarafat ediblər"

"Napoli"nin matçı zamanı stadionda təzyiqlərə məruz qalan aparıcı açıqlama vermək məcburiyyətində qalıb.

Son.az xarici mətbuata istinadla bildirir ki, Diletta Leotta adlı aparıcı A seriyasında keçirilən "Napoli" "Breşiya" matçı zamanı azarkeşlərin "sinəni aç" şüarlarına gülərək reaksiya verib.

Lakin azarkeşlərə güldüyünə görə qınanan aparıcı The Sun-a açıqlama verərək, bunun, əslində, istehzalı gülüş olduğunu açıqlayıb.

"Səhv başa düşülüb. Mən bilirəm ki, azarkeşlər mənimlə zarafat ediblər. Mən də onlara istehza lə gülürdüm", - Diletta söyləyib.

(adsgarden = window.adsgarden || []).push({});