123 yaşlı nənə ilə 1 gün


Digərləri 09 Okt 2019 15:59:00 251 0

123 yaşlı nənə ilə 1 gün

Son.az qafqazinfo-nun yazısını təqdim edir:

"Ay nənə bax, doxtur gəlib, sənin təzyiqini yoxlayacaq".

123 yaşlı müsahibim yanına heç kimi buraxmadığı üçün otağa həkim adı ilə girirəm. Açıqsözlü olduğundan elə ilk görüşdə "bu uşaq mənə baxacaq?", - soruşub üzünü çevirir.

Təzyiqini ölçməyə cəhd edib, sağlamlığı ilə bağlı bir neçə sual verirəm:

- Ağrın var?

- Ürəyim sıxılır, boğuluram. Elə bil ürəyimi sıxırlar. 

"Pasient"imin dediklərindən anladığım bu qədər olur. Onu çox yormamaq üçün sağollaşıb digər ailə nümayəndələri ilə söhbətə gedirəm.

"Qafqazinfo" olaraq Beynəlxalq Ahıllar Günündə Neftçala rayonunu Beşdəli kəndinə yollanmağımızın əsas səbəbi sənədlərdən gəldiyimiz qənaətə əsasən, qəhrəmanım Sona Səmədovanın nəinki Azərbaycanın, hətta dünyanın ən yaşlı insanı olmasını istisna etməməyimizdir.     Maraqlısı budur ki, hazırda rəsmi olaraq dünyadakı ən yaşlı insan Yaponiyanın Fukuoka şəhərindən yaşayan 116 yaşlı Kane Tanakadır. Bu ilin əvvəlində onun adı "Ginnesin Rekordlar Kitabı"na salınıb. Rusiyanın Pensiya Fondu isə 119 yaşlı təqaüdçüsünün olduğunu bildirərək bu rəqəmlərə yenidən baxılmasını istəyib. 

Bu rəqəmlərdən sonra Azərbaycan banklarından birinin ən yaşlı təqaüdçüsünün 123 yaşı olması ilə bağlı verdiyi məlumat hamının marağına səbəb olub. Çox insan bu rəqəmə inanmasa da, ailə sənədləri təqdim edib.

Həm nəticəsi, həm də gəlini olan Şahinə xanımın sözlərinə görə, nənə gec ailə qurub:

"Dövlətin verdiyi sənəddir. Kiməsə maraqlıdırsa, araşdıra bilər. Mən onun nəticəsiyəm, nəvəsinə ərə getmişəm. Gec ailə qurub, elə övladları da gec dünyaya gəlib. 4 övladı var, ən böyüyünün yaşı 80-dən yuxarıdır. 22 nəvəsi, 35 nəticəsi və 19 kötücəsi var.

(adsgarden = window.adsgarden || []).push({});