"Johnson & Johnson" amerikalıya 8 milyard dollar təzminat ödəməlidir


Digərləri 09 Okt 2019 15:45:00 231 0

"Johnson & Johnson" amerikalıya 8 milyard dollar təzminat ödəməlidir

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya məhkəməsi "Johnson & Johnson" kompaniyasını şizofreniya və biopolyar pozğunluğun müalicəsi üçün hazırladığı preparatın yan təsirindən zərər görən Merilend ştatının sakininə təzminat qismində 8 milyard dollar ödəməyə təhkim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iddiaçı Nikolas Mürrey öz şikayətində 2003-2008-ci illərdə həkimin göstərişi ilə "Risperdal" preparatını qəbul etdiyini və ginekomastiyaya (kişilərdə süd vəzisinin böyüməsi) məruz qaldığını bildirib.

Mürreyin fikrincə, kompaniyada preparatın yan təsirini bilsələr də, bu barədə həkimləri və pasiyentləri lazımi dərəcədə məlumatlandıra bilməyiblər.

2015-ci ildə məhkəmə bu iş üzrə ilk qərarını çıxararaq "Johnson & Johnson" kompaniyasını 1,75 milyard dollar təzminat ödəməyə təhkim etmişdi.

(adsgarden = window.adsgarden || []).push({});