Azərbaycan yığması AÇ-nin seçmə mərhələsini 3-cü pillədə başa vurub


Digərləri 09 Okt 2019 15:25:00 247 0

Azərbaycan yığması AÇ-nin seçmə mərhələsini 3-cü pillədə başa vurub

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.

Bakı. 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının (AÇ) seçmə qrup mərhələsində son oyununu keçirib. Vüqar Əsgərlinin baş məşqçisi olduğu kollektiv Albaniya ilə üz-üzə gəlib. Trend-in məlumatına görə, qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 72-ci dəqiqədə Dilarə Soley qələbə qolunun müəllifi olub. 90+2-ci dəqiqədə Sona Rəhimovanın qırmızı vərəqə alması səbəbindən kollektiv matçı azlıqda bitirib. 3-cü qrupu 3 xalla 3-cü pillədə başa vuran milli komanda növbəti mərhələyə yüksələ bilməyib. Almaniya 9 xalla qrup lideri, meydan sahibi Portuqaliya isə isə 6 xalla 2-ci yerin sahibi kimi mərhələ adlayıb.