Avropa dünyanın ən çox spirtli içki istifadə edən bölgəsi oldu - Azərbaycanda vəziyyət necədir? (ÖZƏL)


Digərləri 09 Okt 2019 14:39:00 240 0

Avropa dünyanın ən çox spirtli içki istifadə edən bölgəsi oldu - Azərbaycanda vəziyyət necədir? (ÖZƏL)

ÜST-nin Avropa üzrə Regional Regional Ofisinin bu yaxınlarda açıqladığı yeni hesabatına görə, dünyada ən çox spirtli içki Avropada istehlak olunur.

Bakı. İlhamə İsabalayeva - Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin bu yaxınlarda açıqladığı yeni hesabatına görə, dünyada ən çox spirtli içki Avropada istehlak olunur. 2016-cı ildə Avropada 291 100 insan spirtli içkilərin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib. 20-24 yaşlılar arasında hər 4 ölümdən biri spirtli içkilər səbəbindəndir. Orta hesabla kişilər qadınlardan 4 dəfə daha çox içirlər. Trend-in məlumatına görə, Azərbaycanın açıqladığı rəsmi statistik məlumatlara əsasən, ötən il ərzində ölkədə narkoman kimi qeydiyyatda olan insanların sayı artsa da, alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydiyyatda olanların sayı azalıb. 2018-ci ildə Azərbaycanda 20 401 nəfər alkoqolizm və alkoqol psixozu diaqnozu ilə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub ki, bu say 2017-ci ildə 21 364 nəfər, 2015-cı ildə 21 777 nəfər olub. Ötən ilin məlumatına görə, Azərbaycanda əhalinin hәr 100 000 nәfәrindən 206,9-na alkoqolizm və alkoqol psixozu diaqnozu təyin edilib. Bu say 2005-ci ildə daha yüksək olub. Həmin ildə əhalinin hәr 100 000 nәfәrindən 230,1 nəfəri (həmin ildə qeydiyyatda olan belə şəxslərin sayı 19 403 olub) alkoqolizm və alkoqol psixozu qoyulmuş şəxs olub.