Xəzərdə itən balıqçının axtarışları davam edir


Digərləri 09 Okt 2019 14:25:00 261 0

Xəzərdə itən balıqçının axtarışları davam edir

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən SA-1672 bort nömrəli bayda tipli üzmə vasitəsinin heyət üzvü 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam edir.

Bakı. Samir Əli - Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən SA-1672 bort nömrəli bayda tipli üzmə vasitəsinin heyət üzvü 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam edir. DSX-dən Trend-ə verilən məlumata görə, üzmə vasitəsinin xilas edilmiş digər 3 üzvü müvafiq tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar. Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən DSX-nin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nöm­rəli 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 07.10.2019-cu il saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub. Bu məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilib və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlu­matlan­dırılıb.