Kimya üzrə Nobel mükafatını KİMLƏR aldı?


Digərləri 09 Okt 2019 14:07:00 218 0

Kimya üzrə Nobel mükafatını KİMLƏR aldı?

Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində kimya üzrə mükafatlar təqdim olunub

Bakı. Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində kimya üzrə mükafatlar təqdim olunub. Trend-in məlumatına görə, bu il bu mükafatı amerikalı Con Qudenou, britaniyalı Stenli Uittingem və yaponiyalı Akira Yosino əldə edib. Onlar litium-ion batareyalarının yaradılması və inkişafına görə mükafata layiq görülüb.