Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən 7200 ədəd siqaret aşkarlanıb (FOTO)


Digərləri 09 Okt 2019 13:51:00 197 0

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən 7200 ədəd siqaret aşkarlanıb (FOTO)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7200 ədəd siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7200 ədəd siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mercedes-Benz 280" və "Opel Vectra" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 4200 ədəd "King" və 3000 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.