Millət vəkili Məlahət İbrahimqızı ADU-nun müəllim və tələbələri ilə görüşüb (FOTO)


Digərləri 09 Okt 2019 13:19:00 219 0

Millət vəkili Məlahət İbrahimqızı ADU-nun müəllim və tələbələri ilə görüşüb (FOTO)

Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ilə müəllim və tələbələrin növbəti görüşü keçirilib.

Bakı. Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ilə müəllim və tələbələrin növbəti görüşü keçirilib. Universitetin rektoru, akademik Kamal Abdulla rayonun millət vəkilini Universitetdə salamlayıb və bu görüşlərin adət halını almasını diqqətə çatdırıb. Rektor bu görüşün əhəmiyyəti və ölkəmizdə son dövlərldə baş verən müsbət proseslər, müsbət dəyişikliklər fonunda ADU-nun olan yeniliklər haqda danışaraq bildirdi: “Bu gün Azərbaycanın haqq sözünü bütün dünya eşidir. İstənilən məkanda və zamanda Azərbaycanın haqq işi, müstəqil siyasəti və mövqeyi cənab prezident tərəfindən cəsarətlə söylənilir. Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir, bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Bu gün istər daxili, istərsə də xarici arenada qazanılmış nailiyyətlər Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticələridir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək. Əlbəttə, bütün bu nailiyyətlər qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq”. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı dəvətə görə rektora təşəkkür edib, tələbələrlə hər zaman ünsiyyətdə olmaqdan məmnun olduğunu söyləyib: