Messi Barcelona-nı niyə tərk etmək istəyib? - özü açıqladı


İdman 09 Okt 2019 12:57:00 386 0

Messi Barcelona-nı niyə tərk etmək istəyib? - özü açıqladı

Barcelona-nın argentinalı ulduzu Lionel Messi bir neçə il əvvəl klubdan ayrıla bilərmiş.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki,  Messi “El Mon a RAC1”ə müsahibəsində bu barədə danışıb:

“Vaxt vardı müəyyən səbəblərə görə özümü yorğun hiss edirdim. Xüsusilə 2013-14-cü il ərəfəsi vergi xidməti ilə problemlərim vardı. Bu, həm mənim, həm də ailəm üçün ağır mərhələ idi. İnsanlar o vaxt nələr baş verdiyini bilmirdilər. Bu, mənim həyatımda ilk belə hadisə idi deyə, ağır keçirdim. Bundan başqa, o vaxt heç nəyi anlamayan körpə uşağım vardı. Asan deyildi. O zaman Barcelona-dan getmək barədə düşünürdüm. Amma klubuma görə yox, baş verənlər səbəbindən. Düşünürdüm ki, mənimlə pis davranırlar”.