Sorğu: Amerikalıların yarısından çoxu Trampın impiçment prosedurunu təqdir edir


Dünya 09 Okt 2019 12:39:00 281 0

Sorğu: Amerikalıların yarısından çoxu Trampın impiçment prosedurunu təqdir edir

Amerikalıların yarısından çoxu Konqresdə demokratlar tərəfindən ABŞ prezidenti Donald Trampın impiçment prosedurunu təqdir edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti və "NBC" telekanalının sifarişi ilə keçirilən sorğunun nəticələrində deyilir.

Sorğuda iştirak edənlərin 55 faizi hesab edir ki, demokratlar ABŞ Konqresində imöiçment prosedurunu başladaraq düzgün addım atıblar.

Respondentlərin 39 faizi isə impiçment prosedurunu dəstəkləmir.

ABŞ prezidenti Donald Trampın fəaliyyətini 43 faiz respondent dəstəkləyir.