Təşkilatçıların yalanı üzə çıxdı: Erməni idmançının boğduğu türk deyilmiş - VİDEOAÇIQLAMA


İdman 09 Okt 2019 12:38:00 68 0

Təşkilatçıların yalanı üzə çıxdı: Erməni idmançının boğduğu türk deyilmiş - VİDEOAÇIQLAMA

Türkiyə mətbuatı son iki gündür “erməni döyüşçü türkü boğaraq öldürmək istədi” kimi başlıqlı yazılarla çalxalandı.

Ancaq “Habertürk” adıçəkilən türkiyəli döyüşçü Batuhan Akdumanla əlaqə saxlayaraq, Rusiyanın Samara şəhərində bu döyüşü təşkil edən “Gorilla Fighting Championship”in yalanını üzə çıxarıb.

Sən demə, erməni idmançının boğaraq məğlub etdiyi döyüşçü Batuhan Akduman yox, hansısa 20 yaşlı türkmən idmançı imiş. 25 yaşlı Akduman buna belə aydınlıq gətirib:

“Zəng edib nə olduğunu soruşduğunuz üçün təşəkkür edirəm. Çünki 50-yə yaxın xəbər saytı və altı telekanalda və sosial mediada yalan xəbər verilir. Mənim çəki dərəcəmdə olmayan 65 kq-da döyüşən Rafael Abrahamyanın “Instagram” hesabından paylaşdığı video ilə yaşadıqlarımı izah edə bilmirəm. Mən dünən səhər bu hadisəni Rusiyadan idmançı dostlarımdan gələn mesajla öyrənmişəm. 

“Bazar günü gecəsi Rafael Abrahamyan türk döyüşçü Batuhan Akdumanı ölümcül şəkildə döydü” deyə bir video paylaşılır. İnanın, Azərbaycanda Mübariz İbrahimov kimdirsə, hazırda bu insan da Ermənistanda belə xalq qəhrəmanı elan edilmiş vəziyyətdədir.

Mən xəbəri öyrənər-öyrənməz Rusiya vasitəsilə hərəkətə keçdim və Rusiya Full Kontakt Döyüş Federasiyası prezidenti Sergey Yermakov ilə danışdım. Onun vasitəsilə məhz bu Rafaellə əlaqə saxlaya bildim.

Döyüş öncəsi məlumatlarda döyülən idmançının adının Batuhan Akduman olduğunu görəndə ad-soyad bənzərliyi olduğunu düşündüm. Samaradakı təşkilat təmsilçisi vasitəsilə döyülən idmançının məşqçisini tapdım.

Məşqçidən idmançının pasportunu istədim. Səkkiz saat sonra üzərində dəyişiklik edilmiş bir pasportun surətini göndərə bildilər. Pasportda U24TUR kodu vardı. Bu səhv xəbərlərlə əlaqədar olaraq Cümhuriyyət Prokurorluğuna müraciət etmişdim. Ordan bu kodun Türkmənistana aid olduğunu öyrəndim.

Yəni mənim adımdan, karyeramdan istifadə edərək 20 yaşındakı türkmənistanlı bir idmançını Rafael ilə döyüşdürdülər. Pasportun son xanası tək, bizdə isə cüt rəqəmlə bitir”.

Daha sonra Batuhan Akduman erməni idmançını döyüşə çağırdığını, bu döyüşün dekabrın 15-də Ermənistanda olmasına dair razılığa gəldiklərini bildirib:
“Qismət olsa övladımız da olar” like
  • 09 Okt 12:35  
Şou-biznes “Qismət olsa övladımız da olar”

ARB TV-nin "Elgizlə İzlə" verilişində həyat yoldaşından ayr

arrow Ətraflı
İstanbulda terror aktlarının qarşısı alınıb like
  • 09 Okt 12:32  
Digərləri İstanbulda terror aktlarının qarşısı alınıb

İstanbulda keçirilmiş antiterror əməliyyatları nəticəsində bir sıra te

arrow Ətraflı
Pensiya alanlara like
  • 09 Okt 12:30  
Digərləri Pensiya alanlara

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat

arrow Ətraflı
Baş Polis İdarəsi piket zamanı müşahidə olunan hüquq pozuntuları barədə açıqlama yayıb like
  • 09 Okt 12:28  
Digərləri Baş Polis İdarəsi piket zamanı müşahidə olunan hüquq pozuntuları barədə açıqlama yayıb

Özlərini demokratik qüvvələrin Milli Şurası adlandıran qurum və Azərba

arrow Ətraflı
Minanı qısa geyimdə görən kişilər like
  • 09 Okt 12:25  
Şou-biznes Minanı qısa geyimdə görən kişilər

Açıq-saçıq geyimləri ilə gündəm olan gənc müğənni Mina Hüseyn &quo

arrow Ətraflı
Mbappe Fransa millisinin heyətindən çıxarıldı like
  • 09 Okt 12:25  
İdman Mbappe Fransa millisinin heyətindən çıxarıldı

PSG-nin futbolçusu Killian Mbappe Fransa millisinin hey

arrow Ətraflı
Sərbəst güləşçilərimiz Mahaçqalada təlim-məşq toplanışı keçəcək like
  • 09 Okt 12:23  
Digərləri Sərbəst güləşçilərimiz Mahaçqalada təlim-məşq toplanışı keçəcək

Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə 23 ya

arrow Ətraflı
Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının vaxtı açıqlandı like
  • 09 Okt 12:21  
Digərləri Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının vaxtı açıqlandı

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının vaxtı açıqlanıb

arrow Ətraflı
DİN hospitalının həkimi tibb bacısının ölümünə görə işdən çıxarıldı  FOTO like
  • 09 Okt 12:19  
Digərləri DİN hospitalının həkimi tibb bacısının ölümünə görə işdən çıxarıldı FOTO

Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarıl

arrow Ətraflı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu həftədən etibarən canlı yayıma başlayır like
  • 09 Okt 12:17  
Digərləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu həftədən etibarən canlı yayıma başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətə daha açıq olm

arrow Ətraflı
Xüsusi şərtlərlə pensiya təyinatı avtomatlaşdırılacaq like
  • 09 Okt 12:13  
Digərləri Xüsusi şərtlərlə pensiya təyinatı avtomatlaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat

arrow Ətraflı
Kral beş nəvəsini kral ailəsinin üzvləri sırasından xaric edib like
  • 09 Okt 12:12  
Dünya Kral beş nəvəsini kral ailəsinin üzvləri sırasından xaric edib

İsveç Kralı daxili yerdəyişmə nəticəsində beş nəvəsini kral evinin

arrow Ətraflı
Milan baş məşqçisini istefaya göndərdi - yeni məşqçi müqavilə imzalamaq üçün gəlir like
  • 09 Okt 12:08  
İdman Milan baş məşqçisini istefaya göndərdi - yeni məşqçi müqavilə imzalamaq üçün gəlir

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 52 yaşl

arrow Ətraflı
Bu gün Ümumdünya Poçt Günüdür like
  • 09 Okt 12:08  
Digərləri Bu gün Ümumdünya Poçt Günüdür

9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir.

arrow Ətraflı
Hamilə olan azərbaycanlı müğənnidən ŞOK ADDIM: like
  • 09 Okt 12:04  
Şou-biznes Hamilə olan azərbaycanlı müğənnidən ŞOK ADDIM:

"Hər şey daxil"də qonaq qolan müğənni Dəniz hamilə olduğunu

arrow Ətraflı