14 yaşı var, cəmi 4 kilodur "İnsanlar məni çox sevir" VİDEO FOTO


Digərləri 09 Okt 2019 12:03:00 338 0

14 yaşı var, cəmi 4 kilodur  "İnsanlar məni çox sevir"  VİDEO  FOTO

Türkiyənin Bursa şəhərində yaşayan İlker Bayrak adlı şəxsin 4 kiloqram çəkisi, 66 sm boyu var. 

Son.az medicina.az-a istinadən bildirir ki, 2005-ci ildə doğulan İlker Silver - Russell sindromu (böyümə və inkişaf geriliyi) xəstəliyindən əziyyət çəkir. O, doğulduqdan sonra valideynləri tərəfindən xeyli həkimə aparılıb. Sonda İlkerdə dünyada milyonda bir görülən inkişafdan geri qalma xəstəliyinin olduğu aşkarlanıb. 

İlkerin sözlərinə görə, onu ilk dəfə görənlər təəccüblənir: 

"İnsanlar məni tez sevir. Müəllimlər evə gələrək mənə təhsil verirlər. Ailəmi, dostlarımı və müəllimlərimi çox sevirəm".

14 yaşlı qeyri-adi adam ən böyük xəyalının Türkiyə prezidenti Ərdoğanı və qapıçı V. Demireli görmək olduğunu bildirib.

(adsgarden = window.adsgarden || []).push({});