Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu həftədən etibarən canlı yayıma başlayır


Digərləri 09 Okt 2019 12:17:00 184 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu həftədən etibarən canlı yayıma başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətə daha açıq olmaq və vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq üçün bu həftədən etibarən rəsmi "Facebook" səhifəsində canlı yayıma start verir.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətə daha açıq olmaq və vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq üçün bu həftədən etibarən rəsmi "Facebook" səhifəsində canlı yayıma start verir. Nazirlikdən Trend-ə verilən məlumata görə, sosial sahədə aparılan islahatlarla bağlı vətəndaşları maraqlandıran bütün suallara canlı yayımda, “Sosial saat”da aydınlıq gətiriləcək. Açıq nazirlik statusunu öz fəaliyyətdə tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər həftə sosial sahə üzrə yeni mövzu və qonaqlarla rəsmi Facebook səhifəsi izləyicilərinin qarşısına gələcək. Beləliklə, facebook izləyiciləri sosial sahə ilə bağlı onları maraqlandıran suallarını birbaşa canlı yayımda ünvanlaya biləcəklər.