Kürdəmir sakinindən külli miqdarda narkotik götürülüb (FOTO)


Digərləri 09 Okt 2019 12:01:33 256 0

Kürdəmir sakinindən külli miqdarda narkotik götürülüb (FOTO)

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda natrkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda natrkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Şilyan kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Əhməd Mahmudov 8 kibrit qutusunda çəkisi 34 qram olan qurudulmuş marixuananı 1000 manata satarkən polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan əlavə 2 kibrit qutusunda 8 qram qurudulmuş marixuana da aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Mahmudovun yaşadığı evin həyətyanı sahəsindən isə çəkisi 2,4 kiloqram qurudulmuş marixuana da götürülüb.