Sevgilisi varkən məşhur aktyorla sevişən jurnalistin başına gələnlər... FOTO


Digərləri 09 Okt 2019 11:54:00 325 0

Sevgilisi varkən məşhur aktyorla sevişən jurnalistin başına gələnlər...  FOTO

Son.az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (11-ci say) təqdim edir:

Macəra, qorxu, triller, dram janrında çəkilən ən yaxşı kinolar Amerika filmləri olsa da, təəssüf ki, bunu romantik janra aid etmək olmur. Hətta ABŞ-ın romantik hesab edilən filmləri, xüsusən də son bir-iki ildə çəkilənlər türklərin romantik kinolarından da geri qalır. Mümkündür ki, bu, Anadolu türklərinin mentalitetinin biziə müəyyən qədər yaxınlığı ilə əlaqədardır. Türklərin və asiyalıların romantik filmlərində daha çox ülvi hislər aşılansa da, Amerika və Avropa filmlərində xəyanət, fahişəlik aşkar şəkildə təbliğ olunur.

Söhbət tanınmış rejissor Vudi Allenin 83 yaşındaykən ərsəyə gətirdiyi "Nyu-Yorkda yağışlı gün" ( A Rainy Day In New York ) filmindən gedir. Kinoya ad fikirləşməyə əziyyət çəkilmədiyi kimi, uğurlu alınması üçün də əmək sərf olunmayıb. Kinonun çəkilişi üçün 25 milyon dollar pul xərclənib, amma, görünür ki, bu pul daha çox məşhur müğənni Selena Qomezin filmə dəvət olunmasına və çəkilişlər gedən otellərin bağlatdırılmasına sərf olunub. Rejissor zəif ssenarili filminə Selena Qomes vasitəsi ilə diqqət cəlb etmək istəyib.

Kino Arizona ştatında oxuyan qızın Nyu-Yorka müsahibəyə dəvət alıb, bu xəbəri varlı ailənin oğlu olan sevgilisi ilə bölüşməsi ilə başlayır. Nyu-Yorka çatdığı andan etibarən sevgilisinə vaxt ayırmayan, məşhurlarla görüşən, şöhrəstpərəst qız ilk fürsətdə sevgilisinə xəyanət etməyə hazırdır. Filmin əvvəlindən yüngül davranışları ilə diqqət çəkən "Eşli" obrazı onunla bağlı proqnozlaşdırılan nəticəni doğruldur desəm, yanılmaram. Asanlıqla mühitə uyğunlaşan qız içki içir, marixuana çəkir və sevgilisi onun yolunu gözləyərkən məşhur aktyorla sevişir. O, aktyorla yatmazdan əvvəl öz-özünə danışarkən "Bax, Eşli, sənin sevgilin var. Ona xəyanət etmək olmaz, amma ki aktyor da çox məşhur və yaraşıqlıdır" deyərək özünə haqq qazandırmağa da çalışır. Ən maraqlısı da burada baş verir ki, sekslə məşğul olmaq üçün soyunan Eşli aktyorun arvadı tərəfindən tutulmasın deyə alt paltarlarında evdən qaçmalı olur. O, sonradan peşman olaraq sevgilisinin yanına qayıdıb, yalan danışsa da, oğlanı inandıra bilmir. Oğlan isə ona elə yaşadığı həyat tərzinə uyğun cavab verərək xidmətləri qarşılığında "pulunu verib, yola salır". Necə deyərlər, "əli aşından da olur, vəli aşından da...."

Məşhur müğənni Selena Qomes ekran işində epizodik rola çəkilən aktrisa obrazını calandırıb. Bir müddət əvvəl böyrək transplantasiyası edilən Selena rolunun öhdəsindən gəlməyi bacarıb. O, filmin əvvəlində və sonunda baş rol ifaçısı ilə öpüşmə səhnələrinə çəkilib. Selena gözəlliyi ilə digər qadın obrazlarını kölgədə qoyub.

(adsgarden = window.adsgarden || []).push({});