Aİİ-nin Dinşünaslıq kafedrasının müəllimi beynəlxalq simpoziumda iştirak edib (FOTO)


Digərləri 09 Okt 2019 11:52:49 219 0

Aİİ-nin Dinşünaslıq kafedrasının müəllimi beynəlxalq simpoziumda iştirak edib (FOTO)

Bir çox ölkədən 80 məruzəçinin çıxış etdiyi simpoziumda prof. Fuat Sezginin şəxsiyyəti, elmi fəaliyyəti, əsərləri, dünya elm tarixinə və bəşəriyyətə verdiyi töhfələr haqqında geniş müzakirələr aparılıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Türkiyə Respublikası Ağrı şəhəri İbrahim Çeçen Universitetində keçirilən İslam dünyasının elm və mədəniyyət tarixçisi professor Fuat Sezginin həyat və yaradıcılığına həsr olunmuş “III Beynəlxalq Əhmədi-Hani Simpoziumu”nda iştirak edib. Bir çox ölkədən 80 məruzəçinin çıxış etdiyi simpoziumda prof. Fuat Sezginin şəxsiyyəti, elmi fəaliyyəti, əsərləri, dünya elm tarixinə və bəşəriyyətə verdiyi töhfələr haqqında geniş müzakirələr aparılıb. Dosent Anar Qafarov simpoziumda “İslam dünyası elmi baxımdan niyə tənəzzülə uğradı? Fuad Sezgin görüşləri müstəvisində” mövzusunda məruzə ilə çıxış edib. A.Qafarov F.Sezginin bu məsələ ilə bağlı qeyd etdiyi mühüm məqamlardan söhbət açaraq, İslam dünyasının elmi baxımdan zəifləməsinin və durğunluq dövrü yaşamasının tarixi, siyasi və elmi səbəblərini açıqlayıb. “Beytül-hikmə” Tərcümə Mərkəzinin fəaliyyətindən danışan A.Qafarov müsəlman elm adamlarının dünya elminə verdikləri töhfələrdən bəhs edib.