Şvartsenegger Rusiyada universitetin fəxri professoru oldu


Digərləri 09 Okt 2019 11:40:00 273 0

Şvartsenegger Rusiyada universitetin fəxri professoru oldu

Amerikalı aktyor, sahibkar və siyasətçi Arnold Şvartsenegger Rusiyanın "Sinerqiya" universitetinin fəxri professoru adına layiq görülüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Moskva 24" saytı ali təhsil müəssisəsinin mətbuat xidmətinə istinadən xəbər verib.

"Şvartsenegger bir çox insanlar üçün müəllimdir - kiminçünsə aktyor peşəsində, kiminçünsə dövlət qulluqçusu peşəsində, kiminçünsə sağlam həyat obrazı sürməkdə",  - rektor Artyom Vasilyev deyib.

Qeyd edək ki, A. Şvartsenegger Viskonsin Universitetinin məzunudur. O, biznes və beynəlxalq iqtisadiyyat sahəsində mütəxəssisdir. 2003-2011-ci illərdə Kaliforniyanın qubernatoru olub. 2012-ci ildə Cənubi Kaliforniya Universtitetinin nəzdində Şvartseneqqerin dövlət və qlobal siyasət İnstitutunu yaradıb.

(adsgarden = window.adsgarden || []).push({});