21 yaşlı qıza göz nəql edildi "İşığı ilk dəfə gördüm!" VİDEO


Digərləri 09 Okt 2019 11:45:00 283 0

21 yaşlı qıza göz nəql edildi  "İşığı ilk dəfə gördüm!"  VİDEO

21 il sonra sonra ilk dəfə gözləri görən qız hər kəsi kövrəldib. 

Son.az medicina.az-a istinadən bildirir ki, Türkiyənin Bursa şəhərində yaşayan və anadangəlmə gözləri görməyən Ayşe adlı gənc qıza göz nəqli edilib. Gözləri açılan kimi onun verdiyi reaksiya və həkimini qucaqlaması isə hər kəsi həyəcanlandırıb. 

"Bu hisləri yaşamağıma səbəb olan hər kəsdən Allah razı olsun. 21 ildir dünyanı görmürdüm. İlk dəfədir bir işıq görürəm. Sanki başqa bir dünyaya gəlmişəm. Məktəbə gedə bilmirdim. Bundan sonra oxumaq istəyirəm. Özümə yeni bir gələcək qurmaq istəyirəm. Görəndə çox fərqli hislər keçirdim. İnsanın onu dünyaya gətirən ana-atasının kim olduğunu görməsi necə gözəl hisdir".

Həkimin sözlərinə görə, 21 yaşlı qıza kornea transplantasiyası həyaya keçiriblər. Onunla bərabər qıza başqa bir əməliyyat da edilib. Əməliyyatdan  sonra xəstə görməyə başlayıb. Əməliyyat ölmüş bir şəxsin bağışladığı göz toxumaları ilə mümkün olub. Bundan sonra onun görməsini artırmaq üçün bəlkə eynək istifadə etməsi lazım olacaq. 

(adsgarden = window.adsgarden || []).push({});