İran ordusu hərbi təlimlərə başladı


Digərləri 09 Okt 2019 11:48:17 294 0

İran ordusu hərbi təlimlərə başladı

İran ordusunun quru qoşunları “Bir hədəf, bir güllə” şüarı ilə Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunda fövqəladə hallar üzrə hərbi təlimlərə başlayıb.

Bakı. Elnur Bağışov - İran ordusunun quru qoşunları “Bir hədəf, bir güllə” şüarı ilə Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunda fövqəladə hallar üzrə hərbi təlimlərə başlayıb. Trend-in məlumatına görə, hərbi təlimlərdə çevik reaksiya qüvvələri, əməliyyat qüvvələri iştirak edir və helikopterlər dəstək əməliyyatını yerinə yetirirlər. Hərbi təlimlərdə İranın şimal-qərbində ordu generalı Əbdürrəhim Musəvi bildirib ki, ordunun vəzifəsi İran İslam Respublikasının ərazi bütövlüyü və müstəqilliyini qorumaqdır.