Dünya ölkələrini zəfəranla təmin edən iri şirkət yaradılır


Digərləri 09 Okt 2019 11:19:10 190 0

Dünya ölkələrini zəfəranla təmin edən iri şirkət yaradılır

İran gələn 2 il ərzində zəfəran istehsalı üzrə iri şirkət yaradacaq.

Bakı. Elnur Bağışov - İran gələn 2 il ərzində zəfəran istehsalı üzrə iri şirkət yaradacaq. Trend-in məlumatına görə, bunu İranın Kənd Təsərrüfatı Nazirliyinin dərman bitkiləri üzrə layihənin icraçısı və nazirin müşaviri Hüseyn Zeynəli Mehr informasiya agentliyinə açıqlamasında deyib. H.Zeynəlinin sözlərinə görə, dünya ölkələri zəfəranı təmin etmək üçün sadəcə bu şirkətlə alqı-satqı edəcək. Qeyd edək ki, İran dünya zəfəranının 95%-ni istehsal edir.