"Prezident İlham Əliyevin Soçidəki tarixi çıxışı qələbə sorağını verdi"


Siyasət 09 Okt 2019 10:45:00 61 0

"Prezident İlham Əliyevin Soçidəki tarixi çıxışı qələbə sorağını verdi"

Oktyabrın 3-də Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı dərin məzmunlu çıxışı, səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım oldu.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.

Deputatın sözlərinə görə, dünyanın məşhur "beyin mərkəzləri"ndən birində Prezident İlham Əliyevin çıxışı, milli maraqlarımız naminə sərgilədiyi qətiyyətli mövqe müzakirələrin kulminasiya nöqtəsinə çevrildi: "Ən əsası isə Prezident İlham Əliyevin Ermənistan hakimiyyəti tərəfindən əzəli torpağımız Dağlıq Qarabağla bağlı son dövrlər səsləndirilən sərsəm iddialara sərt və tutarlı cavabın ölkədən xaricdə - Rusiya Prezidenti Vladimir Putinin, İordaniya Kralı II Abdullanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Filippin Prezidenti Rodriqo Roa Dutertenin iştirak etdikləri mötəbər tədbirdə səsləndirməyi hər bir Azərbaycan vətəndaşını qürurlandırdı. Dağlıq Qarabağla bağlı tarixi həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyevin işğalçı Ermənistanın avantürist hakimiyyətinə ünvanlanmış "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida" cavabı işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı mesaj oldu.

"BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir"- deyə, Prezident İlham Əliyev ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığını nəzərə çatdırdı. Ölkə Prezidenti həmçinin münaqişənin həlli yolunun Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunmasından, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarət olduğunu da vurğuladı".

P.Kərimzadə qeyd edib ki, "Valday" klubu çərçivəsində təcavüzkar siyasətinin qurbanı olan Ermənistan baş nazirinin sərsəm bəyanatı Rusiya Federasiyası tərəfindən də təəccüblə qarşılanıb: "Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə bəyanatların siyasi prosesin tənzimlənməsinə kömək etmədiyini söyləyib. Tanınmış rusiyalı politoloq, "Siyasi Araşdırmalar İnstitutu" Qeyri-kommersiya tərəfdaşlığının baş direktoru Sergey Markov "Valday" Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının yekunlarını təhlil edərkən Prezident İlham Əliyevin öz zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində mövqeyini dəqiq və aydın şərh etməsini yüksək dəyərləndirərək, onun çıxışının Beynəlxalq Diskussiya Klubunun iclasında ən güclü bəyanatlardan biri olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasındakı çıxışı, "Qarabağ Azərbaycandır" bəyanatı bir daha Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq sahəsində növbəti uğurlu gediş olmaqla yanaşı, tezliklə üçrəngli bayrağımızının Lələtəpə yüksəkliyində olduğu kimi, doğma Qarabağın hər bir guşəsində dalğalanacağından xəbər verir".

 
Sorğu: Amerikalıların yarısından çoxu Trampın impiçment prosedurunu təqdir edir like
  • 09 Okt 10:43  
Digərləri Sorğu: Amerikalıların yarısından çoxu Trampın impiçment prosedurunu təqdir edir

Amerikalıların yarısından çoxu Konqresdə demokratlar tərəfindən ABŞ pr

arrow Ətraflı
Bodrum suya qərq oldu  VİDEO like
  • 09 Okt 10:41  
Dünya Bodrum suya qərq oldu VİDEO

Türkiyənin Bodrum şəhəri suyun altında qalıb.

arrow Ətraflı
Bakıda ikinci Azərbaycan xalq mahnıları festivalı başlayır like
  • 09 Okt 10:39  
Digərləri Bakıda ikinci Azərbaycan xalq mahnıları festivalı başlayır

Bu gündən ikinci Azərbaycan xalq mahnıları festivalına start veriləcək.

arrow Ətraflı
U-19 AÇ-nin seçmə mərhələsində ilk oyununu keçirəcək like
  • 09 Okt 10:35  
Digərləri U-19 AÇ-nin seçmə mərhələsində ilk oyununu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çemp

arrow Ətraflı
Süni intellekt yarımçıq əsərləri tamamlamağa qadirdir  FOTO like
  • 09 Okt 10:32  
Digərləri Süni intellekt yarımçıq əsərləri tamamlamağa qadirdir FOTO

Müasir texnologiyalar artıq rəssamların əsərlərinin üslubunu təhlil etd

arrow Ətraflı
Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının VAXTI açıqlanıb like
  • 09 Okt 10:30  
Digərləri Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının VAXTI açıqlanıb

Sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 11 və 18 oktyabr tarixl

arrow Ətraflı
Araz UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək like
  • 09 Okt 10:27  
İdman Araz UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək

"Araz" komandası bu gün UEFA Çempionlar Liqas

arrow Ətraflı
Bu gün 4 rayonda qaz olmayacaq like
  • 09 Okt 10:26  
Digərləri Bu gün 4 rayonda qaz olmayacaq

Bu gün saat 10:00-dan “Qaz İxrac” İdarəsinin “Qarabağ” ölçü qov

arrow Ətraflı
Üzü yanan qıza öz toxumasından yeni üz köçürələcək  FOTO like
  • 09 Okt 10:23  
Digərləri Üzü yanan qıza öz toxumasından yeni üz köçürələcək FOTO

Suriyadakı vətəndaş müharibəsi zamanı evlərinə düşən bomba nəticəs

arrow Ətraflı
Pərvin Kərimzadə: Prezident İlham Əliyevin Soçidəki tarixi çıxışı qələbə sorağını verdi like
  • 09 Okt 10:21  
Digərləri Pərvin Kərimzadə: Prezident İlham Əliyevin Soçidəki tarixi çıxışı qələbə sorağını verdi

Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik

arrow Ətraflı
Bakının bu rayonları müvəqqəti olaraq qazsız qalacaq like
  • 09 Okt 10:19  
Digərləri Bakının bu rayonları müvəqqəti olaraq qazsız qalacaq

Oktyabrın 9-da səhər saat 09:00-dan "Qaz İxrac" İdarəsinin "

arrow Ətraflı
Aysun şouda yalan danışdığını etiraf etdi like
  • 09 Okt 10:18  
Şou-biznes Aysun şouda yalan danışdığını etiraf etdi

Ötən gün səs toplaya bilmədiyi üçün "Maşın" şoudan gedən m

arrow Ətraflı
Xəzərdə ikinci zəlzələ  Bu dəfə 3,5 bal like
  • 09 Okt 10:17  
Digərləri Xəzərdə ikinci zəlzələ Bu dəfə 3,5 bal

Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub.

arrow Ətraflı
PAŞA Bank Miles&Smiles kartı ilə Lounge Key proqramından faydalanın! like
  • 09 Okt 10:16  
Digərləri PAŞA Bank Miles&Smiles kartı ilə Lounge Key proqramından faydalanın!

PAŞA Bank Miles&Smiles kartı öz sahiblərinə Lounge Key proqramından istifa

arrow Ətraflı
Murad Dadaşov ağır xəstəlikdən əziyyət çəkir  "O cihaz olmasa, yuxuda keçinə bilərəm" like
  • 09 Okt 10:15  
Şou-biznes Murad Dadaşov ağır xəstəlikdən əziyyət çəkir "O cihaz olmasa, yuxuda keçinə bilərəm"

Xalq artisti Murad Dadaşov 10.000 insanda bir rast gəlinən və müalicəsi

arrow Ətraflı