Azərbaycan milli komandasının üzvü Fransaya buraxılmadı


İdman 09 Okt 2019 10:47:00 257 0

Azərbaycan milli komandasının üzvü Fransaya buraxılmadı

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.

Goal.az AFFA-ya istinadən xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək.

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.

AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Tural Bayramlı ötən mövsüm Latviyada, Daugavpils klubunda çıxış edib.

Image result for Tural Bayramlı