Meksikada şəhər merini maşına bağlayıb küçələrdə sürüdülər VİDEO


Dünya 09 Okt 2019 10:14:00 256 0

Meksikada şəhər merini maşına bağlayıb küçələrdə sürüdülər  VİDEO

Meksikanın Las-Marqaritas şəhərinin meri Xorxe Eskandonu iplə maşına bağlayıb şəhər küçələrində sürüyüblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla şəhər sakinləri merin işinə etirazını bildiriblər.

Şəhər rəhbəri yolları düzəldəcəyinə söz verib, lakin çoxsaylı xahişlərə baxmayaraq sözündən qaçıb.

Merin köməyinə gələn polis və əhali arasında toqquşma baş verib, nəticədə 11 nəfər xəsarət alıb, daha 30 insan saxlanılıb.

(adsgarden = window.adsgarden || []).push({});