Qaxdakı partlayışın SƏBƏBİ bilindi, 2 maddə ilə cinayət işi başlandı


Digərləri 09 Okt 2019 09:53:00 278 0

Qaxdakı partlayışın SƏBƏBİ bilindi, 2 maddə ilə cinayət işi başlandı

Qax rayonunda baş verən partlayışın səbəbi məlum olub

Bakı. Samir Əli - Qax rayonunda baş verən partlayışın səbəbi məlum olub. Trend-in məlumatına görə, hadisə rayonun Azərbaycan prospekti, "Pivə zavodu" deyilən ərazidə baş verib. Həmin ərazidə təmizlik işləri aparan Qax rayon Kommunal Müəssisələr Kombinatının işçiləri təxminən 2-3 il əvvəl həmin küçəyə tökülmüş torpağı ələkdən keçirərkən qəfildən partlayış baş verib. Hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı ilkin araşdırma zamanı müəyyən edilib ki, ələnən torpağın içərisində partlamamış partlayıcı maddə və ya hərbi sursat olub. Torpağın ələnməsi zamanı baş verən sürtünmə zamanı həmin partlayıcı maddə partlayıb və nəticədə hadisə yerində olan 6 nəfər xəsarət alıb.