Əfqanıstanda "Taliban" kəşfiyyatının rəhbərlərindən biri saxlanıldı


Dünya 09 Okt 2019 09:28:00 243 0

Əfqanıstanda "Taliban" kəşfiyyatının rəhbərlərindən biri saxlanıldı

Əfqanıstanın xüsusi təyinatlı hərbçiləri "Taliban" radikal hərəkatının Qazni əyalətinin Vaqaz rayonu üzrə kəşfiyyatının rəhbəri Molla Nuruddini saxlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Qazni əyalətinin qubernatorunun mətbuat katibi Arif Nuri deyib.

A.Nuri bildirib: "Onunla birlikdə terror fəaliyyətinə görə onun qardaşı da saxlanılıb".

M.Nuruddinin saxlanılması üzrə əməliyyatın təfərrüatları açıqlanmır.