Aysun üçün "Maşın" əldən getdi


Şou-biznes 09 Okt 2019 08:20:00 334 0

Aysun üçün "Maşın" əldən getdi

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın şou"nun 18-ci sürətini daha bir iştirakçı tərk edib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 10 nəfərin mübarizə apardığı yarışda müğənni Aysun İsmayılova SMS səsverməsinə çıxarılıb. O, 44,96 səs toplayaraq şouda qalmağı bacarmayıb. 

Qeyd edək ki, şouda mübarizəni bundan sonra aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Kasımoğlu, Xalq artisti Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirəcəklər.