İngiltərədə 2 həftə davam etməsi planlaşdırılan etiraz aksiyası keçirilir


Dünya 09 Okt 2019 08:19:00 279 0

İngiltərədə 2 həftə davam etməsi planlaşdırılan etiraz aksiyası keçirilir

İngiltərədə iqlim dəyişikliyi ilə bağlı ekoaktivistlərin 2 həftə davam etməsi planlaşdırılan etiraz aksiyası keçirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın bir çox ölkəsində eyni anda başlayan mitinqlərin Avropa ölkələrində, ABŞ, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla bir çox ölkələrdə keçiriləcəyi açıqlanıb.

London nümayişlərində etirazçılar rəsmi binaların qarşısında, əsas yollarda və meydanlarda toplaşaraq çadırlar qurublar.

Bəzi nümayişçilər isə özlərini yol və nəqliyyat vasitələrinə yapışdırıblar.

Polis 400-dən çox etirazçını həbs edib.