Bakıda avtomobil yük maşını ilə toqquşub, ölən var


Digərləri 09 Okt 2019 08:07:00 235 0

Bakıda avtomobil yük maşını ilə toqquşub, ölən var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda "VAZ" markalı minik avtomobili ilə "KamAz" markalı yük avtomobili toqquşub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1982-ci il təvəllüdlü Ağakişiyev Faiq Mirzəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.