Britaniya iqtisadiyyatı Brexit səbəbindən 60 milyard funtsterlinq itirib


Dünya 09 Okt 2019 07:21:00 300 0

Britaniya iqtisadiyyatı Brexit səbəbindən 60 milyard funtsterlinq itirib

Britaniya iqtisadiyyatı hökumətin Avropa İttifaqının tərkibindən çıxmağa can atması səbəbindən 2,5-3 faiz geriləyib və 60 milyard funt-sterlinq (73,8 milyard dollar) vəsait itirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu rəqəmlər Maliyyə Tədqiqatları İnstitutunun (IFC) məruzəsində yer alıb.

Tədqiqatın proqnozlarına əsasən, Britaniya hökumətinin Brexit prosesini Brüssellə əməkdaşlıq barədə sazişsiz həyata keçirmə planları milli borcun 50 illik maksimuma yüksəlməsinə və iki dəfə artaraq 100 milyard funt-sterlinqə (123 milyard dollar) çatmasına gətirib çıxara bilər.

Məruzə müəlliflərindən biri, iqtisadçı Kristian Şuls Brexit prosesi ilə bağlı Britaniya biznesinə investisiyaların 20 faiz azaldığını vurğulayıb. Onun sözlərinə görə, Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalması iqtisadi artım üçün ən yaxşı ssenari ola bilərdi.