Yayılan qrip virusudur, yoxsa… Həkim məsləhəti


Digərləri 09 Okt 2019 07:00:00 289 0

Yayılan qrip virusudur, yoxsa…  Həkim məsləhəti

Havaların dəyişkən keçməsi müəyyən xəstəliklərə də yol açır. Bu səbədən son günlər qripə yoluxmuş insanların sayı artıb. Virus təkcə uşaqlarda deyil, böyüklərdə də müşahidə olunur.

Son.az bildirir ki, mövzu ilə bağlı axar.az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, müşahidə olunan xəstəlik mövsümidir və heç bir epidemiya yoxdur:

"Havalarla əlaqədar mövsümi xəstəliklər yavaş-yavaş artır. Bu təbii prosesdir. Biz adi burun tutulmasına da məişətdə qrip deyirik, ancaq düzgün deyil! Qrip xüsusi viruslar tərəfindən törədilən, bəzən ölümcül fəsadları olan ağır xəstəlikdir. İndi rast gəlinən xəstəliklər daha yüngül gedişlidir, ağırlaşmalar demək olar ki, olmur. Bunu yüngül soyuqdəymə də adlandırmaq olar".

Xəstəliyin müalicəsindən danışan həkim bildirib ki, bu kimi hallarda öskürək və qızdırmanın olması normaldır. Lakin belə vəziyyət müşahidə edildiyi zaman antibiotik istifadəsinə tələsmək lazım deyil:

"Hər qızdırmaya, hər öskürəyə antibiotik vermək olmaz. Həkim təyinatı olmadan istifadəsi isə tamamilə yolverilməzdir. Yersiz istifadə olunan antibiotiklərin ciddi fəsadları olur. Hətta apteklərdə də qizdirmasalıcı kimi antibiotik təklif edərlərsə, onları da almayın".

Həkim həmçinin əlavə edib ki, belə zamanlarda xüsusilə uşaqlar arasında bu kimi hallar müşahidə edilərsə, onların məktəbə, bağçaya getməsi doğru deyil:

(adsgarden = window.adsgarden || []).push({});