İmperator paradı üçün hazırlanmış avtomobil KİV nümayəndələrinə təqdim olunub


Digərləri 09 Okt 2019 06:30:00 229 0

İmperator paradı üçün hazırlanmış avtomobil KİV nümayəndələrinə təqdim olunub

Məxsusi olaraq İmperator paradı üçün hazırlanmış avtomobil kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 22-də İmperator Naruhitonun taxta çıxma mərasimindən sonra təşkil ediləcək parad üçün nəzərdə tutulan avtomobil "Toyota" şirkəti tərəfindən "Century" sedanının bazasında yığılıb. Onun uzunluğu təqribən 5 metr, eni isə 2 metrə yaxındır.

Avtomobilin arxa oturacağı ön oturacaqdan 4 santimetr yuxarıdır, arxa söykənəcəyi isə 25 dərəcə mailidir. Bildirilir ki, bu, tamaşaçıların İmperator cütlüyünü daha rahat seyr etmələri məqsədinə xidmət edir.

Bundan əlavə, avtomobil digərləri ilə müqayisədə bir neçə qat artıq rənglənib ki, bu da ona daha çox parlaqlıq verəcək.

Avtomobilin kuzovunu möhkəmləndirmək üçün onun dibinə və digər hissələrinə gücləndirici elementlər əlavə edilib.

(adsgarden = window.adsgarden || []).push({});